Öldürülmüş HƏMAS liderinin yeni fotosu yayılıb | FOTO

  Öldürülmüş HƏMAS liderinin yeni fotosu yayılıb |    FOTO
  16 Oktyabr 2025    Oxunub:478
İsrail Silahlı Qüvvələri Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının sabiq lideri, İsrailə qarşı 2023-cü ilin 7 oktyabrında baş vermiş hücumun təşkilatçılarından biri Yəhya Sinvarın cəsədinin yeni fotosunu ictimaiyyətlə bölüşüb.
"The Times of Israel" xəbər saytı bildirib ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. 2024-cü ilin 17 oktyabrında çəkilmiş fotoda terrorçunun cəsədinin yanında komandirlər: general-mayor Yaron Finkelman, general-mayor Oded Basiuk və briqada generalı Barak Hiram görünürlər.

Bildirilib ki, bazar günündən etibarən Tel-Əviv şəhərindəki "İshaq Rabin" Mərkəzində bu foto ilə yanaşı müharibə dövründə hərbi fotoqrafların çəkdikləri digər simvolik fotoların sərgisi baş tutacaq.

(Yəhya Sinvarın cəsədi. 17 oktyabr 2024-cü il)

Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun lideri Yəhya Sinvar düz bir il qabaq, yəni oktyabrın 16-da Qəzza zolağının cənubunda yerləşən Rəfəh şəhərində İsrail hərbçiləri ilə atışmada 3 terrorçu ilə birgə öldürülüb.
ABC: "Qəzzanın bərpası üzrə mərkəz açılır"

Hazırda isə oktyabrın 9-da HƏMAS ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp xəbəri şəxsən bölüşüb. Ötən günlərdə Qəzzada saxlanılan əsirlərin hamısı azadlığa buraxılıblar, eyni zamanda, hadisə ilə əlaqədar Misirdə Yaxın Şərq Sülh Sammiti baş tutub. Cari vəziyyətdə atəşkəs üzrə danışıqların ikinci mərhələsinin keçirilməsi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   lider   foto  



Xəbər lenti